"Azərxalça"da 3 milyon 452 min manat yoxa çıxıb" - Dövlət ittihamçısı

"Azərxalça"da 3 milyon 452 min manat yoxa çıxıb" - Dövlət ittihamçısı
  • 15-12-2021, 14:04
  • 1 007 dəfə oxunub

"Azərxalça” ASC-nin İdarə Heyətinin sabiq sədri, həbs edildikdən bir müddət sonra ev dustaqlığında vəfat edən Vidadi Muradovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən iclasda şahid ifadələri dinlənilib. Şahid qismində ifadə verən Durhəsən Rzayev bildirib ki, onun adına şirkət açılaraq maliyyə köçürülüb, lakin özü məsələnin təfərrüatlarından xəbərsiz olub. Müxtəlif obyektlərdə fəhlə işlədiyini deyən D.Rzayev şahidin andını da oxuya bilməyib: "Oxuya bilməsəm də, Allaha and olsun, düz danışacam. Əgər yalan danışsam, Allah mənim bəlamı versin. Mən onun-bunun əlinin altında fəhlə işləyən adamam. Bir gün gecə evdə oturmuşdum. Tanışlardan biri dedi ki, işsizsənsə iş var. Mən də razı oldum. Sonra imza çəkmək üçün “Nərimanova” getdim. Adıma şirkət yaradılırmış. Şamaxı şəhərinə getdim, yazıblar ki, ip almışam, vallah bundan xəbərim yoxdur”.
Dövlət ittihamçısı bildirib ki, şahidin adına olan şirkətə 457 min manatdan artıq pul köçürülüb. Şahid bununla da razılaşmayaraq heç nədən xəbəri olmadığını deyib: "Vallah, mən nə ip görmüşəm, nə də başqa bir şey. Mən Sumqayıt yolunu belə tanımıram. İttihama yazılan adamlardan da heç kimi tanımıram”.
Prosesdə daha sonra "Azərxalça" ASC-də əvvəl anbardar, sonra satınalma şöbəsində işləmiş Emin Xəlilov ifadə verib. Şahid bildirib ki, 2020-ci ilə qədər qurumda anbardar olub, bunda sonra şirkətinin satınalma komissiyasında çalışıb: "Əvvəllər anbardar olmuşam. 2020-ci ildə maliyyə şöbəsində işə başladım. Orda sənəd işlərinə baxırdım. Tenderə gəlincə, bəzi hallarda keçirilirdi, bəzi hallarda yox”.
Məhkəmədə daha sonra Sumqayıtda yerləşən obyektdə və İsmayıllı rayonundakı Xalça emalı sexində işləmiş Afər Soltanov ifadə verib. Şahid bildirib ki, bütün aparılan işlərdə göstəriş sifarişçilər tərəfindən verilib, onlar da icra ediblər: "Mən Sumqayıtda tikilən obyektlərin birində nəzarətçi işləmişəm. Bunda sonra isə İsmayıllıya getdim. Mən aparılan işlərdə çatışmazlıq müşahidə etməmişəm. Bəzi şirkət rəhbərlərinin Vidadi Muradovdan götürülən pullardan kimlərəsə verməyini də eşitməmişəm".
Dövlət ittihamçısı şahidin ifadəsinə etiraz edərək ortada kifayət qədər böyük məbləğin yoxa çıxdığını deyib: "Bir yerdə yazmısız termometrlər quraşdırılıb, amma yoxdur. İşlədiyiniz şirkətlərin birindən 3 milyon 452 min manat, digərindən 400 mindən artıq pul yoxa çıxıb".
Proses dekabrın 17-də davam etdiriləcək.


bakuinforum.com Son Xəbərlər:
Rusiya Ukrayna Kəşfiyyat İdarəsinə iki dəfə hücum edibSuriyada PKK-nın 4 üzvü zərərsizləşdirildi"Moskva Bakı və İrəvanla demək olar ki, hər gün əlaqə saxlayır" - OverçukTürkiyə ordusu Suriyada 16 terrorçunu zərərsizləşdirdiTürkiyə ordusu Suriyada 16 terrorçunu zərərsizləşdirdiLaçın yolu təhlükəsizliyə görə bağlandı - BQXKNuman Kurtulmuş Azərbaycan xalqını təbrik edibRusiya işğal olunmuş Ukrayna ərazilərində yenidən seçkilər keçirəcəkAdnan Əhmədzadəni bir də belə görün - VİDEO/FOTOSaakaşvilinin Ukraynadakı evi satışa çıxarıldıAzərbaycanda vəzifəli şəxslər CƏRİMƏLƏNDİBağçalara sənəd qəbulu dayandırılırPutinin Qara dənizdə gizli bunkeri ORTAYA ÇIXDI - FOTONeft bahalaşdı50-ə yaxın özəl tibb müəssisəsində nöqsanlar aşkarlandı"Rusiya Ukrayna ilə saziş bağlamağa hazır idi" - LukaşenkoQazax Seminariyası Gürcüstan üçün kadr hazırlayacaqKılıçdaroğlu və Sinan Oğan sabah görüşəcəklərAfrika liderləri Moskvaya gedirlərAzərbaycan-Özbəkistan İnvestisiya Fondu yaradılırNaxçıvanın Həmkarlar İttifaqları Şurasına yeni sədr təyin olunduNaxçıvan “ASAN xidmət” mərkəzinin açılışı olduAzərbaycanla Britaniya arasında beynəlxalq avtomobil daşımaları haqqında saziş təsdiqləndiAzərbaycan Los-Ancelesə yeni baş konsul TƏYİN ETDİNaxçıvanın Statistika Komitəsinin sədri İŞDƏN ÇIXARILDIGürcüstanın Baş naziri Azərbaycanda işgüzar səfərdədirƏrdoğan Rəisi ilə müzakirə apardıSabiq müstəntiqə HÖKM OXUNDUBakı, Sumqayıt və Abşeron üzrə aprel ayının pensiyaları ödənildiPrezidentdən Tarif Şurası ilə bağlı FƏRMANAzərbaycanda notariusun bu xidməti pulsuz olacaqVüqar Qurbanov bu xanımı baş həkim TƏYİN ETDİMessinin evini qarət etmək istədilərFərmana əsasən, Şuranın iclasları onun üzvlərindən azı doqquz nəfər iştirak etdikdə baş tutmuş sayılacaq. Əvvəl bu tələb səkkiz üzv idi.Milli Məclisin iclası başladıZəlzələdə həlak olanların ailələrinə maddi yardım göstərilir - Mehriban Əliyevadan TAPŞIRIQAğ Ev Çinin “sülh planını” tənqid ETDİ"Azərkosmos"da NEXUS komandası ilə görüş keçirildiAzərbaycanda “Trendyol”a məhdudiyyət qoyula bilərAzərbaycan nefti yenidən bahalaşdıTürkiyədə məhbusları daşıyan avtobus qəzaya uğradı - 23 yaralıParlament bu sazişi təsdiqlədiANSPRESS yenidən açıldı"Ermənistan istənilən vaxt hər bir dövləti sata bilər" - Siyavuş NovruzovSahibə Qafarova deputatlara xəbərdarlıq etdiNaxçıvan Beynəlxalq Hava Limanında yoxlamalar aparılırDYP-dən hava şəraiti ilə bağlı MÜRACİƏTZəlzələdən sağ çıxan 2 ailə yanğında ÖLDÜ"Azeri Light" nefti bahalaşdıBu yollarda tıxac var - SİYAHI"Əziz dostum Mehriban Əliyevaya minnətdarlığımı bildirirəm” - Əminə ƏrdoğanZelenski G7 sammitinə dəvət olundu"Rusiya artıq yeni hücuma başlayıb" - ZelenskiƏrdoğan Pakistanın Baş naziri ilə GÖRÜŞDÜBMT Türkiyəyə humanitar yardım üçün 1 milyard dollar toplamağa çağırdıTürkiyədəki zəlzələdə 2 inşaatçı tikdiyi binanın altında qaldıƏrdoğan NATO Baş katibi ilə görüşdü"Müharibəyə elə hazırlaşırıq ki..." - LukaşenkoCüdoçumuz finala yüksəldiYevlaxda qətl törədən ana və oğlu həbs edildiCeyhun Bayramov və Çavuşoğlu zəlzələ ilə bağlı vəziyyəti müzakirə etdiXəstənin ölümünə səbəb olan cərrahın məhkəməsi başlayırBəy və gəlin toy gecəsi zəlzələdə həlak olduSabah Putin və Lukaşenko görüşəcəkŞagird yerdəyişməsinə başlanılırİlham Əliyev litvalı həmkarını təbrik etdiZəlzələdə həlak olan tələbələrin cənazələri Bakıya gətirildi"Qarabağ" bu gün "Gent"lə qarşılaşacaqDemet Akalından xaricə qaçdığı deyilən Gülşənə İRADZelenski İlham Əliyevə zəng ETDİXəzərdə zəlzələ olduRəssamlıq Akademiyasının yeni rektoru kimdir? - DOSYEVilayət Eyvazov onu DYP rəisi TƏYİN ETDİPrezident 95 yaşlı rektoru İŞDƏN ÇIXARDI - YENİ TƏYİNAT"Regional məsələlərdə ciddi islahatlar aparılır" - Siyavuş NovruzovDövlət Gömrük Komitəsinin yeni sədri kimdir? - DOSYEGələn ay Bakıda COVID-19-la bağlı sammit keçiriləcəkAzad olunmuş ərazilərə ayrılan pulları mənimsəyən alim və arvadına cinayət işi açıldıAzərbaycan nefti bahalaşdıTürkiyədə prezident seçkiləri təxirə salına bilər"Sputnik"in baş redaktoru həbs edildiVasif Talıbovun şirkəti ƏLİNDƏN ALINDIPrezident və birinci xanım Bakıda Uşaq-Gənclər İnkişaf MərkəzindəPrezident gələn ilin dövlət büdcəsini təsdiqlədiVilayət Eyvazov şəxsi heyəti təbrik etdiİşsizlikdən sığortanın 2023-cü il büdcəsi təsdiqləndiPrezident DSMF-nin gələn il üçün büdcəsini təsdiqlədi"Putinin səhhəti dövlət əhəmiyyətli məsələdir" - PeskovÖzbəkistanın XİN rəhbəri işdən çıxarıldıİlham Əliyev Mərkəzi Parkın ikinci hissəsinin açılışındaPrezident bu qanunu təsdiqlədiHesablama Palatasına yeni auditor təyin olunduZiya Məmmədovun “kəndin başındakı” restoranı…Prezidentlə xanımı “Şabran” İstirahət Kompleksinin açılışına qatıldıBu Komissiyanın yeni tərkibi müəyyənləşdi - SƏRƏNCAMSaakaşvili məhkəmə iclasında iştirakından imtina etdiƏli Əsədov 9 ay əvvəl verdiyi qərarda DƏYİŞİKLİK ETDİHesablama Palatasına yeni auditor təyin olunacaq - FOTOAkif Çovdarovun müsadirə olunmuş əmlakları GERİ QAYTARILDIDaha iki xəstəxana Kliniki Tibbi Mərkəzin tabeliyinə verildi