Təhsil İdarəsi məktəbi bağlayır, ancaq məktəbin xəbəri yox..

Təhsil İdarəsi məktəbi bağlayır, ancaq məktəbin xəbəri yox..
  • 19-07-2022, 11:49
  • 388 dəfə oxunub

Ötən gün Təhsil Nazirliyinin nəzdində yerləşən Bakı Təhsil İdarəsinə fiziki məhdudiyyətli uşaqların aidiyyəti məktəblərdə təhsil alma problemi ilə bağlı sorğu göndərmişdik. Sorğumuza idarə tərəfindən baş-ayaq cavab verilsə də, bir suala qəliz cümlələrlə də olsa, cavab verməyi bacarmışdılar.
Həmin sorğu redaksiyamız tərəfindən vətəndaş müraciəti əsasında formalaşmışdı və aidiyyəti quruma – Bakı Təhsil İdarəsinə tərəfimizdən yönləndirilmişdi. Bu gün həmin məktəblərdən biri ilə bağlı daha bir maraqlı fakt ortaya çıxıb. Səndemə, 1939-u ildə əsası qoyulan və fiziki məhdudiyyətli şagirdlərə on illərdir təhsil verən 219 nömrəli evdə təhsil tam orta məktəbi barədə Bakı şəhəri Təhsil İdarəsi tərəfindən həmin məktəbin müəllim heyətinin xəbəri olmadan monitorinq keçirilib və bir sıra qərarlar qəbul edilib. Adıçəkilən məktəbdə müəllimlərin 219 nömrəli bu məktəbin fəaliyyətinin məhdudlaşdırılması barədə həmin monitorinqdən xəbərsiz olduqlarını dünən redaksiyamıza etdikləri müraciət əsasında öyrənə bildik. Belə ki, məktəbdə fəaliyyət göstərən bir qrup müəllim redaksiyamıza yazaraq bildiriblər ki, Bakı şəhəri Təhsil İdarəsinin keçirdiyi həmin monitorinqdən və o monitorinqin nəticələrindən irəli gələn qərarlardan xəbərsizdirlər: "Bakı Təhsil İdarəsinin sorğunuza verdiyi cavabda qeyd olunanlar və həmin monitorinq barədə məktəbimiz məlumatlandırılmayıb" -deyə, 219 nömrəli məktəbdən redaksiyamıza bildirilib. Məktəbdə işləyən başqa bir təhsil işçisi isə yazıb: "Mən 219 nömrəli məktəbin müəlliməsiyəm və mənim işlədiyim müəssisənin bağlanması haqqında məlumat məndən öncə sizə necə çatıb? ...nə bizim məktəb rəhbərliyi, nə də Baş İdarədə heç bir rəsmi məlumat yoxdur".

Məktəb çalışanları monitorinqin nə zaman keçirildiyi barədə israrla bizdən cavab tələb etsələr də, təəssüf ki, onların bu sualını cavablandıra bilmədik. Ona görə ki, Bakı şəhəri Təhsil İdarəsi sorğumuza verdiyi cavabda qeyd etdiyi monitorinq fəaliyyətinin hansı tarixdə keçirildiyi barədə heç bir qeyd etməyib və təəccüblü məqam da orasındadır ki, məktəb barədə yuxarı instansiya hesab olunan bu İdarə tərəfindən qərar qəbul edilir, lakin həmin məktəbin müəllim heyəti bunu ancaq mətbuat vasitəsilə, özü də Təhsil Nazirliyinin yox, müstəqil mətbuat orqanı vasitəsilə öyrənir. Hər bir halda Təhsil Nazirliyi və həmçinin Bakı Təhsil İdarəsi üçün bu, olduqca acınacaqlı bir haldır. Ötən gün həmin idarə tərəfindən sorğumuza göndərilən cavabı bir daha oxucularımızın diqqətinə çatdırırıq və bildiririk ki, quruma göndərilən sorğuya verilən cavab tam olaraq oxucuların nəzərinə çatdırılır və idarənin 219 nömrəli məktəbin təhsil işçilərini bu barədə məlumatlandırmamasından redaksiyamız məsuliyyət daşımır. Hər bir halda, həm Təhsil Nazirliyinin, həm də Təhsil İdarəsinin mətbuat şöbəsi var və bu şöbələr öz üzərinə düşən öhdəliyi layiqincə yerinə yetirməli idilər. Belə görünür ki, nə Təhsil Nazirliyinin Təhsil İdarəsindən, nə də bu idarənin öz nəzdində olan məktəblərindən xəbəri var...

Sorğumuza verilən cavabı yenidən oxucularımızla bölüşürük:

“Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əmrinə əsasən, 219 nömrəli evdə təhsil tam orta məktəbin təlim-tərbiyə prosesinin təşkilinin, tədris, pedaqoji və metodiki sənədlərlə işin, əmək və təhsil qanunvericiliyi tələblərinin, əmək və icra intizamının, sənədləşmə işlərinin, təchizatın və təsərrüfat fəaliyyətinin real vəziyyətinin öyrənilməsi, məlumatların toplanması, təhlil edilməsi, ümumiləşdirilməsi və qanunvericilikdə nəzərdə tutulmuş qaydada zəruri tədbirlərin görülməsi məqsədilə monitorinq keçirilib. Monitorinq zamanı 219 nömrəli evdə təhsil tam orta məktəbin fəaliyyətində tədris-pedaqoji sənədlərin mövcud qanunvericiliyin tələblərinə və evdə təhsilin təşkilinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 10 may tarixli 77 nömrəli qərarı ilə təsdiq edilmiş ”Evdə təhsil almaq hüququ verən xəstəliklərin siyahısının və evdə təhsilin təşkili Qaydaları”na uyğun aparılmadığı müəyyən olunub. Bunları nəzərə alaraq, “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun təhsilalanların hüquq və vəzifələrinin həyata keçirilməsi baxımından evdə təhsilə cəlb olunacaq yeni şagirdləri 219 nömrəli evdə təhsil tam orta məktəbinə yönləndirməməsi, 219 nömrəli evdə təhsil tam orta məktəbində təhsil alan şagirdlərin müvafiq məktəblərdə evdə təhsillərinin davam etdirmələri məsələsinə PTPK tərəfindən baxılaraq qərar verilməsi və 219 nömrəli evdə təhsil tam orta məktəbinin pedaqoji heyətinin digər məktəblərdə işlə təmin edilməsi ilə bağlı müvafiq işlərin görülməsinə başlanılıb”.
Bizimyol.info


bakuinforum.com Son Xəbərlər:
Rusiya Ukrayna Kəşfiyyat İdarəsinə iki dəfə hücum edibSuriyada PKK-nın 4 üzvü zərərsizləşdirildi"Moskva Bakı və İrəvanla demək olar ki, hər gün əlaqə saxlayır" - OverçukTürkiyə ordusu Suriyada 16 terrorçunu zərərsizləşdirdiTürkiyə ordusu Suriyada 16 terrorçunu zərərsizləşdirdiLaçın yolu təhlükəsizliyə görə bağlandı - BQXKNuman Kurtulmuş Azərbaycan xalqını təbrik edibRusiya işğal olunmuş Ukrayna ərazilərində yenidən seçkilər keçirəcəkAdnan Əhmədzadəni bir də belə görün - VİDEO/FOTOSaakaşvilinin Ukraynadakı evi satışa çıxarıldıAzərbaycanda vəzifəli şəxslər CƏRİMƏLƏNDİBağçalara sənəd qəbulu dayandırılırPutinin Qara dənizdə gizli bunkeri ORTAYA ÇIXDI - FOTONeft bahalaşdı50-ə yaxın özəl tibb müəssisəsində nöqsanlar aşkarlandı"Rusiya Ukrayna ilə saziş bağlamağa hazır idi" - LukaşenkoQazax Seminariyası Gürcüstan üçün kadr hazırlayacaqKılıçdaroğlu və Sinan Oğan sabah görüşəcəklərAfrika liderləri Moskvaya gedirlərAzərbaycan-Özbəkistan İnvestisiya Fondu yaradılırNaxçıvanın Həmkarlar İttifaqları Şurasına yeni sədr təyin olunduNaxçıvan “ASAN xidmət” mərkəzinin açılışı olduAzərbaycanla Britaniya arasında beynəlxalq avtomobil daşımaları haqqında saziş təsdiqləndiAzərbaycan Los-Ancelesə yeni baş konsul TƏYİN ETDİNaxçıvanın Statistika Komitəsinin sədri İŞDƏN ÇIXARILDIGürcüstanın Baş naziri Azərbaycanda işgüzar səfərdədirƏrdoğan Rəisi ilə müzakirə apardıSabiq müstəntiqə HÖKM OXUNDUBakı, Sumqayıt və Abşeron üzrə aprel ayının pensiyaları ödənildiPrezidentdən Tarif Şurası ilə bağlı FƏRMANAzərbaycanda notariusun bu xidməti pulsuz olacaqVüqar Qurbanov bu xanımı baş həkim TƏYİN ETDİMessinin evini qarət etmək istədilərFərmana əsasən, Şuranın iclasları onun üzvlərindən azı doqquz nəfər iştirak etdikdə baş tutmuş sayılacaq. Əvvəl bu tələb səkkiz üzv idi.Milli Məclisin iclası başladıZəlzələdə həlak olanların ailələrinə maddi yardım göstərilir - Mehriban Əliyevadan TAPŞIRIQAğ Ev Çinin “sülh planını” tənqid ETDİ"Azərkosmos"da NEXUS komandası ilə görüş keçirildiAzərbaycanda “Trendyol”a məhdudiyyət qoyula bilərAzərbaycan nefti yenidən bahalaşdıTürkiyədə məhbusları daşıyan avtobus qəzaya uğradı - 23 yaralıParlament bu sazişi təsdiqlədiANSPRESS yenidən açıldı"Ermənistan istənilən vaxt hər bir dövləti sata bilər" - Siyavuş NovruzovSahibə Qafarova deputatlara xəbərdarlıq etdiNaxçıvan Beynəlxalq Hava Limanında yoxlamalar aparılırDYP-dən hava şəraiti ilə bağlı MÜRACİƏTZəlzələdən sağ çıxan 2 ailə yanğında ÖLDÜ"Azeri Light" nefti bahalaşdıBu yollarda tıxac var - SİYAHI"Əziz dostum Mehriban Əliyevaya minnətdarlığımı bildirirəm” - Əminə ƏrdoğanZelenski G7 sammitinə dəvət olundu"Rusiya artıq yeni hücuma başlayıb" - ZelenskiƏrdoğan Pakistanın Baş naziri ilə GÖRÜŞDÜBMT Türkiyəyə humanitar yardım üçün 1 milyard dollar toplamağa çağırdıTürkiyədəki zəlzələdə 2 inşaatçı tikdiyi binanın altında qaldıƏrdoğan NATO Baş katibi ilə görüşdü"Müharibəyə elə hazırlaşırıq ki..." - LukaşenkoCüdoçumuz finala yüksəldiYevlaxda qətl törədən ana və oğlu həbs edildiCeyhun Bayramov və Çavuşoğlu zəlzələ ilə bağlı vəziyyəti müzakirə etdiXəstənin ölümünə səbəb olan cərrahın məhkəməsi başlayırBəy və gəlin toy gecəsi zəlzələdə həlak olduSabah Putin və Lukaşenko görüşəcəkŞagird yerdəyişməsinə başlanılırİlham Əliyev litvalı həmkarını təbrik etdiZəlzələdə həlak olan tələbələrin cənazələri Bakıya gətirildi"Qarabağ" bu gün "Gent"lə qarşılaşacaqDemet Akalından xaricə qaçdığı deyilən Gülşənə İRADZelenski İlham Əliyevə zəng ETDİXəzərdə zəlzələ olduRəssamlıq Akademiyasının yeni rektoru kimdir? - DOSYEVilayət Eyvazov onu DYP rəisi TƏYİN ETDİPrezident 95 yaşlı rektoru İŞDƏN ÇIXARDI - YENİ TƏYİNAT"Regional məsələlərdə ciddi islahatlar aparılır" - Siyavuş NovruzovDövlət Gömrük Komitəsinin yeni sədri kimdir? - DOSYEGələn ay Bakıda COVID-19-la bağlı sammit keçiriləcəkAzad olunmuş ərazilərə ayrılan pulları mənimsəyən alim və arvadına cinayət işi açıldıAzərbaycan nefti bahalaşdıTürkiyədə prezident seçkiləri təxirə salına bilər"Sputnik"in baş redaktoru həbs edildiVasif Talıbovun şirkəti ƏLİNDƏN ALINDIPrezident və birinci xanım Bakıda Uşaq-Gənclər İnkişaf MərkəzindəPrezident gələn ilin dövlət büdcəsini təsdiqlədiVilayət Eyvazov şəxsi heyəti təbrik etdiİşsizlikdən sığortanın 2023-cü il büdcəsi təsdiqləndiPrezident DSMF-nin gələn il üçün büdcəsini təsdiqlədi"Putinin səhhəti dövlət əhəmiyyətli məsələdir" - PeskovÖzbəkistanın XİN rəhbəri işdən çıxarıldıİlham Əliyev Mərkəzi Parkın ikinci hissəsinin açılışındaPrezident bu qanunu təsdiqlədiHesablama Palatasına yeni auditor təyin olunduZiya Məmmədovun “kəndin başındakı” restoranı…Prezidentlə xanımı “Şabran” İstirahət Kompleksinin açılışına qatıldıBu Komissiyanın yeni tərkibi müəyyənləşdi - SƏRƏNCAMSaakaşvili məhkəmə iclasında iştirakından imtina etdiƏli Əsədov 9 ay əvvəl verdiyi qərarda DƏYİŞİKLİK ETDİHesablama Palatasına yeni auditor təyin olunacaq - FOTOAkif Çovdarovun müsadirə olunmuş əmlakları GERİ QAYTARILDIDaha iki xəstəxana Kliniki Tibbi Mərkəzin tabeliyinə verildi