
Ekspert: “Aİ ilə yeni memorandum Bakının artan əhəmiyyətindən xəbər verir”

“Azərbaycan və Avropa İttifaqı (Aİ) arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumunun imzalanması Bakının beynəlxalq aləmdə, xüsusilə enerji təhlükəsizliyi məsələlərində artan əhəmiyyətindən xəbər verir”.
Bunu “Report”a müsahibəsində amerikalı jurnalist, hüquqşünas, milli təhlükəsizlik üzrə ekspert İrina Zukerman iyunun 18-də Bakıda Azərbaycan Prezidenti İlham Əliyev və Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen arasında sənədin imzalanmasını şərh edərkən deyib.
Onun sözlərinə görə, hazırkı vəziyyətdə Azərbaycan kimi enerji tədarükçüləri daha mühüm rol oynamağa başlayırlar:
“Çünki onlar nəinki enerji mənbələrinə çıxışa zəmanət verir, həm də həddindən artıq yüksək qiymət artımlarını tarazlaşdırmağa və bazarın çöküşünə mane olmağa kömək edirlər”.
İ.Zukerman vurğulayıb ki, Aİ ilə imzalanmış memorandum göstərir ki, Bakı hazırda dünya bazarlarında iri enerji təchizatçılarının artan nəzarəti zamanı sui-istifadə hallarının qarşısını almaq məsələsində Avropanın güclü müttəfiqidir.