Yardımlı sakini ÇIXILMAZ VƏZİYYƏTDƏ - Prezidentə müraciət olundu

Yardımlı sakini ÇIXILMAZ VƏZİYYƏTDƏ - Prezidentə müraciət olundu
  • 7-12-2021, 10:57
  • 501 dəfə oxunub

Yardımlı rayon Bozayran kənd sakini Sadıyev Əkbər Səxavət oğlu Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinin fəaliyyətindən narazıdır. Vətəndaşın bildirdiyinə görə, qurum onun mülkiyyətinə dair sənədin verilməsini yubadır, özbaşınalıq edir.
Əkbər Sadıyev rastlaşdığı haqsızlıqdan yaxa qurtarmaq üçün ölkənin baş prokurorluğuna və DTX-ya açıq müraciət ünvanlayıb.
Şikayətçi yazıb:
"Möhtərəm cənab prezident, hörmətli baş prokuror, hörmətli Əli müəllim!
Yazaraq bildirirəm ki, mən uzun müddətdir ki, doğulub yaşadığım Yardımlı rayonu Bozayran kəndində yerləşməklə mənə məxsus olan həyətyanı 0,20 ha torpaq sahəsinə mülkiyyət hüquqlarımı təsdiq edəcək rəsmi dövlət sənədini ala bilmirəm. Dəfələrlə aidiyyatı dövlət qurumlarına rəsmi müraciətlər etsəm də süründürməçilik və birokratiya ilə üzləşmişəm.
Belə ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinin 22 noyabr 2021-ci il tarixli məktubundan da aydın olur ki, sözügedən qurum uzun illərdir istifadəmdə olmuş və 05 may 2007-ci il tarixli “Torpaqların alqı-satqısına dair” bələdiyyə AKTı ilə rəsmi qaydada satın aldığım sözügedən torpaq sahəsinə ÇIXARIŞ sənədi verməkdən imtina edir.
Təəssüf olsun ki, həyətyanı torpaq sahəmə bitişik olan torpaq sahəsinin vicdanlı və tək alıcısı olsam da, bələdiyyə qurumundan alıb həmin torpağı istifadə etməyimə baxmayaraq dövlət sənədini almağa nail ola bilmirəm. Hesab edirəm ki, mənə qarşı qərəzçiliyin kökündə məmurların maddi maraqları və savadsızlıqları dayanır.
Bildirim ki, mən öz evimi islahatdan əvvəl tikmişəm və həyətyanı sahəm 26 sot olub. Yardımlıda islahatlar zamanı həyətyanı torpaq sahəmdə və istifadəmdə olan sözügedən 0,20 ha torpaq sahəsini sənədə zəbt kimi qeyd ediblər. 2007-ci ildə isə bələdiyyənin alqı-satqısı əsasında həmin torpağı almışam. Bələdiyyə alqı-satqısı aparılarkən 2007-ci ildə mərhum Heydər Əliyevin fərmanı və digər qanunvericilik aktları nəzərə alınmışdır. Hesab edirəm ki, mənə çıxarış sənədinin verilməməsi tam qanunsuzdur, həmin torpaq sahəsi ilkin sənədləşmələrlə və faktiki olaraq mənim mülkiyyətim olduğundan dövlət qeydiyyatına alınmalıdır. Torpaq sahəsinin əkinəyararlı kənd təsərrüfatı təyinatlı olmasının bəhanə edilməsinin heç bir hüquqi əsası yoxdur.
Xüsusi olaraq onu da qeyd etmək lazımdır ki, rayonda əkinəyararlı torpaq sahələrinin Nazirlər Kabineti tərəfindən təyinatı dəyişdirilmədən vətəndaşlara satılması, qanunsuz evlərin tikilməsinə münbit şəraitin yaradılması prosesi mövcuddur. Bələdiyənin örüş – otlaq sahələlərinin özəlləşdirilməsi və ya icarəyə verilməsi kimi özbaşınalıqlara da rast gəlinir. Kilagoru adlanan rayon mərkəzinə gələn yolun sağ və sol hissələri də əkin sahələri olsa da ev yeri kimi paylanıb talanmaqdadır. Ərazidə evlər tikilib və bu gün də qanunsuz yolla işlər davam etdirilir. Biləzəmi adlanan yer də əkin torpağıdır, lakin, oranı da rayonun baş bilənləri yaşayış məhəllələrinə çeviriliblər. Maraqlı odur ki, həmin evlərə çıxarış sənədləri paylayanlar mənim halal yerimə sənəd verməkdən asanlıqla imtina edə bilirlər. Bu hal da korrupsiya və rüşvət faktının olduğunu, mənim hüquqlarımın bilərəkdən pozulduğunu göstərən haldır.
Beləliklə, yuxarıda sadalanları və mülkiyyət hüquqlarımın pozulduğunu nəzərə alaraq, SİZLƏRDƏN XAHİŞ EDİRƏM:
Sadalanan halların araşdırılmasını, eləcə də təqdim etdiyim sənədlər əsasında mülkiyyətimdə olan məlum torpaq sahəsinə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən ÇIXARIŞ sənədinin verilməsini təmin edəsiniz".
Vətəndaşın müraciətinə hüquqşünas Vüqar Dadaşov da münasibət bildirib.
Sitat: "Əkbər Sadiyevin Baş Prokurorluğuna müraciətinim mahiyyətindən görünür ki, vətəndaş sözü gedən torpaq ərazisini yerli Bələdiyyədən alqı-satqı müqaviləsinə əsasən 07.05.2007-ci il tarixdə əldə edib. Yəni həmin dövrdə mövcud qanunvericiliyə uyğun olaraq Bələdiyyələr mülkiyyətində olan torpaq sahələrini alqı-satqı müqaviləsi ilə satmaq hüququna malik idilər. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında“ qanuna Milli Məclisin 2007-ci il 23 oktyabr tarixində etdiyi və prezident fərmanı ilə 2008-ci ilin yanvar ayının 1-dən qüvvəyə minən dəyişikliyə əsasən bələdiyyə torpaqlarından istifadə - onların hüquqi və fiziki vətəndaşlar tərəfindən alınması, icarəyə, yaxud istifadəyə götürülməsi mümkün deyil və bələdiyyələr torpaqla bağlı hər hansı bir sərəncam verə bilməzlər. Yəni bələdiyyələrin torpaqla bağlı sərəncam vermək hüququ artıq dondurulub. Göründüyü kimi, vətəndaş Əkbər Sadiyev həmin torpaq sahəsini yeni qanun qəbul olunana qədər əldə edib və yuxarıda qeyd etdiyimiz qanunun hansı ki, 01.01.2008-ci il tarixdən qüvvəyə minib, bu qanun tələbləri Əkbər Sadiyevin 07.05.2007-ci il tarixdə alqı-satqı müqaviləsi ilə əldə etdiyi sözü gedən torpaq sahəsinə qarşı tətbiq edilə bilməz. Hüququn fundamental prinsiplərin biri qanunun geriyə qüvvəsinin olmamasıdır. Ona görə də 8 saylı Regional bölmənin imtinası tam əsasız və hüquqa ziddir".
Demokratik.Az




bakuinforum.com Son Xəbərlər:
Rusiya Ukrayna Kəşfiyyat İdarəsinə iki dəfə hücum edibSuriyada PKK-nın 4 üzvü zərərsizləşdirildi"Moskva Bakı və İrəvanla demək olar ki, hər gün əlaqə saxlayır" - OverçukTürkiyə ordusu Suriyada 16 terrorçunu zərərsizləşdirdiTürkiyə ordusu Suriyada 16 terrorçunu zərərsizləşdirdiLaçın yolu təhlükəsizliyə görə bağlandı - BQXKNuman Kurtulmuş Azərbaycan xalqını təbrik edibRusiya işğal olunmuş Ukrayna ərazilərində yenidən seçkilər keçirəcəkAdnan Əhmədzadəni bir də belə görün - VİDEO/FOTOSaakaşvilinin Ukraynadakı evi satışa çıxarıldıAzərbaycanda vəzifəli şəxslər CƏRİMƏLƏNDİBağçalara sənəd qəbulu dayandırılırPutinin Qara dənizdə gizli bunkeri ORTAYA ÇIXDI - FOTONeft bahalaşdı50-ə yaxın özəl tibb müəssisəsində nöqsanlar aşkarlandı"Rusiya Ukrayna ilə saziş bağlamağa hazır idi" - LukaşenkoQazax Seminariyası Gürcüstan üçün kadr hazırlayacaqKılıçdaroğlu və Sinan Oğan sabah görüşəcəklərAfrika liderləri Moskvaya gedirlərAzərbaycan-Özbəkistan İnvestisiya Fondu yaradılırNaxçıvanın Həmkarlar İttifaqları Şurasına yeni sədr təyin olunduNaxçıvan “ASAN xidmət” mərkəzinin açılışı olduAzərbaycanla Britaniya arasında beynəlxalq avtomobil daşımaları haqqında saziş təsdiqləndiAzərbaycan Los-Ancelesə yeni baş konsul TƏYİN ETDİNaxçıvanın Statistika Komitəsinin sədri İŞDƏN ÇIXARILDIGürcüstanın Baş naziri Azərbaycanda işgüzar səfərdədirƏrdoğan Rəisi ilə müzakirə apardıSabiq müstəntiqə HÖKM OXUNDUBakı, Sumqayıt və Abşeron üzrə aprel ayının pensiyaları ödənildiPrezidentdən Tarif Şurası ilə bağlı FƏRMANAzərbaycanda notariusun bu xidməti pulsuz olacaqVüqar Qurbanov bu xanımı baş həkim TƏYİN ETDİMessinin evini qarət etmək istədilərFərmana əsasən, Şuranın iclasları onun üzvlərindən azı doqquz nəfər iştirak etdikdə baş tutmuş sayılacaq. Əvvəl bu tələb səkkiz üzv idi.Milli Məclisin iclası başladıZəlzələdə həlak olanların ailələrinə maddi yardım göstərilir - Mehriban Əliyevadan TAPŞIRIQAğ Ev Çinin “sülh planını” tənqid ETDİ"Azərkosmos"da NEXUS komandası ilə görüş keçirildiAzərbaycanda “Trendyol”a məhdudiyyət qoyula bilərAzərbaycan nefti yenidən bahalaşdıTürkiyədə məhbusları daşıyan avtobus qəzaya uğradı - 23 yaralıParlament bu sazişi təsdiqlədiANSPRESS yenidən açıldı"Ermənistan istənilən vaxt hər bir dövləti sata bilər" - Siyavuş NovruzovSahibə Qafarova deputatlara xəbərdarlıq etdiNaxçıvan Beynəlxalq Hava Limanında yoxlamalar aparılırDYP-dən hava şəraiti ilə bağlı MÜRACİƏTZəlzələdən sağ çıxan 2 ailə yanğında ÖLDÜ"Azeri Light" nefti bahalaşdıBu yollarda tıxac var - SİYAHI"Əziz dostum Mehriban Əliyevaya minnətdarlığımı bildirirəm” - Əminə ƏrdoğanZelenski G7 sammitinə dəvət olundu"Rusiya artıq yeni hücuma başlayıb" - ZelenskiƏrdoğan Pakistanın Baş naziri ilə GÖRÜŞDÜBMT Türkiyəyə humanitar yardım üçün 1 milyard dollar toplamağa çağırdıTürkiyədəki zəlzələdə 2 inşaatçı tikdiyi binanın altında qaldıƏrdoğan NATO Baş katibi ilə görüşdü"Müharibəyə elə hazırlaşırıq ki..." - LukaşenkoCüdoçumuz finala yüksəldiYevlaxda qətl törədən ana və oğlu həbs edildiCeyhun Bayramov və Çavuşoğlu zəlzələ ilə bağlı vəziyyəti müzakirə etdiXəstənin ölümünə səbəb olan cərrahın məhkəməsi başlayırBəy və gəlin toy gecəsi zəlzələdə həlak olduSabah Putin və Lukaşenko görüşəcəkŞagird yerdəyişməsinə başlanılırİlham Əliyev litvalı həmkarını təbrik etdiZəlzələdə həlak olan tələbələrin cənazələri Bakıya gətirildi"Qarabağ" bu gün "Gent"lə qarşılaşacaqDemet Akalından xaricə qaçdığı deyilən Gülşənə İRADZelenski İlham Əliyevə zəng ETDİXəzərdə zəlzələ olduRəssamlıq Akademiyasının yeni rektoru kimdir? - DOSYEVilayət Eyvazov onu DYP rəisi TƏYİN ETDİPrezident 95 yaşlı rektoru İŞDƏN ÇIXARDI - YENİ TƏYİNAT"Regional məsələlərdə ciddi islahatlar aparılır" - Siyavuş NovruzovDövlət Gömrük Komitəsinin yeni sədri kimdir? - DOSYEGələn ay Bakıda COVID-19-la bağlı sammit keçiriləcəkAzad olunmuş ərazilərə ayrılan pulları mənimsəyən alim və arvadına cinayət işi açıldıAzərbaycan nefti bahalaşdıTürkiyədə prezident seçkiləri təxirə salına bilər"Sputnik"in baş redaktoru həbs edildiVasif Talıbovun şirkəti ƏLİNDƏN ALINDIPrezident və birinci xanım Bakıda Uşaq-Gənclər İnkişaf MərkəzindəPrezident gələn ilin dövlət büdcəsini təsdiqlədiVilayət Eyvazov şəxsi heyəti təbrik etdiİşsizlikdən sığortanın 2023-cü il büdcəsi təsdiqləndiPrezident DSMF-nin gələn il üçün büdcəsini təsdiqlədi"Putinin səhhəti dövlət əhəmiyyətli məsələdir" - PeskovÖzbəkistanın XİN rəhbəri işdən çıxarıldıİlham Əliyev Mərkəzi Parkın ikinci hissəsinin açılışındaPrezident bu qanunu təsdiqlədiHesablama Palatasına yeni auditor təyin olunduZiya Məmmədovun “kəndin başındakı” restoranı…Prezidentlə xanımı “Şabran” İstirahət Kompleksinin açılışına qatıldıBu Komissiyanın yeni tərkibi müəyyənləşdi - SƏRƏNCAMSaakaşvili məhkəmə iclasında iştirakından imtina etdiƏli Əsədov 9 ay əvvəl verdiyi qərarda DƏYİŞİKLİK ETDİHesablama Palatasına yeni auditor təyin olunacaq - FOTOAkif Çovdarovun müsadirə olunmuş əmlakları GERİ QAYTARILDIDaha iki xəstəxana Kliniki Tibbi Mərkəzin tabeliyinə verildi