Ağdamın icra başçısı Şəhid qardaşına SAVAŞ AÇIB - TƏFƏRRÜAT

Ağdamın icra başçısı Şəhid qardaşına SAVAŞ AÇIB - TƏFƏRRÜAT
  • 18-07-2022, 11:57
  • 265 dəfə oxunub

Ağdam rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov təxminən bir müddət bundan öncə keçirdiyi iclas zamanı üzünü Mənzil Komunnal Təsərrüfat Birliyinin müdiri Fəzail adlı şəxsə tutaraq, "Xəyyam Salmanzadə geydir, onu bu gecə rahatla" demişdir. Bu haqda mən məlumat alan kimi dərhal icra başçısı Vaqif Həsənov ilə görüşüb, haqqımda dediyi sözü aydınlaşdırmağa cəhd etsəm də təəssüf ki, bir ay ərzində başçı qəbul etməmişdir. Başçının bu hərəkəti mən də şübhə yaratmışdır ki, o belə bir sözü deyib. Və qəbul etməməklə mesaj verir ki, "Demişəm, yaxşı etmişəm. Əlin hara qəlbidir, ora qoy". Bundan sonra mən əlacasız qalıb Vaqif Həsənovun əməlləri ilə bağlı, ölkə prezidentinə müraciət etmişdim. Həmin müraciətdən sonra Vaqif Həsənov məni həbs etdirməkdən ötrü, xüsusi ittiham qaydasında Ağdam rayon Məhkəməsinə müraciət edib. İş Ağdam rayon Məhkəməsində hakimi Mahir Niftəliyevin icraatına verilib.

Hakim mənə iddia ərizəsinin sürətini və hazırlıq iclasının tarixi və saatı barədə bildiriş göndərmədən, köməkçisi zəng edərək, sabah məhkəməyə gəlməyimi tələb etdi. Mən işin Ağdam rayon Məhkəməsində aparılmasına etiraz olaraq, vəsatət göndərmişəm. Və vəsatətimi də bununla əsaslandırmışam ki, icra başçısının rayon məhkəməsinin hakimləri ilə davamlı ünsiyyəti var. Tədbirlər də, bir - birlərinin xeyir - şər işlərində iştirak edirlər. Bundan əlavə işimi aparan hakim Mahir Niftəliyevin Ağdamın icra başçısı Vaqif Həsənovla dostluq münasibəti var. Buna əsas kimi Ağdam rayon Əfətli kənd sakini Quliyev Akif Bəhmən oğlu ilə bağlı açılmış cinayət işində hakim Mahir Niftəliyev şahid qismində tanınır. Cinayət işinin motivi isə budur ki, hakim Mahir Niftəliyev icra başçısı Vaqif Həsənovun xahişi ilə, icra başçısının qanunsuz əməllərindən, özbaşınalıqlarından dövlət orqanlarına şikayət məktubu göndərən Akif Quliyev ilə icra başçısını barışdırıb. Belə ki, hakim Mahir Niftəliyevin xidməti kabinetində çay süfrəsi ətrafında icra başçısı Vaqif Həsənov və Akif Quliyev görüşərək barışmışdır.

Təntəli şəkildə keçirilən barışıq masasında icra başçısı Vaqif Həsənov Akif Quliyevə 10 ha torpaq sahəsi vermişdir. Və sonradan icra başçısı Vaqif Həsənov Akif Quliyevi həbs etdirməkdən ötrü hədiyyə etdiyi torpaqdan "dövlət torpağını zəbt etmə", yəni 188.3 maddəsi ilə Ağdam RPŞ - nə müraciət edərək, cinayət işi qaldırmışdır.

Cinayət işi Ağdam rayon Məhkəməsində hakim Mahir Niftəliyevin icraatına verilsə də o cinayət işində şahid kimi tanındığına görə, özü - özünə etiraz vermiş və nəticədə həmin cinayət işi Bərdə rayon Məhkəməsində hakim Qamət Əbilovun sədrliyi ilə davam edir. Və bu cinayət işində hakim Mahir Niftəliyevin şahidliyi sübut edir ki, onun icra başçısı Vaqif Həsənov ilə yaxın münasibəti və ünsiyyəti var. Belə bir hakimin mənim həbsim ilə bağlı icra başçısı Vaqif Həsənovun tələbini yerinə yetirmək üçün canla - başla çalışacaqdır. Və hakim Mahir Niftəliyevin mənim həbs olunmağım tələbi ilə işi aparması birmənalı şəkildə işin obyektiv aparılmasına şübhə yaradır. Hakim Mahir Niftəliyev isə Ağdam rayon Məhkəmə tərkibinə etirazla bağlı verdiyim vəsatəti özbaşına qəbul etməyərək, icra başçısının mənim ilə bağlı xüsusi ittiham qaydasıda olan iddia ərizəsini qəbul edərək, məhkəmə prosesinin baxışını təyin etdirmişdir.

Yuxarıda da qeyd etdiyim kimi icra başçı məni təhqir etdiyini biləndə dəfələrlə görüşüb aydınlaşdırmağa cəhd etsəm də icra başçısı məni qərəzli şəkildə qəbul etməmişdir. Halbuki icra başçısı vaxt ayırıb məni qəbul etsəydi, ən azından özü haqda belə bir imicin formalaşmasına imkan verməyə bilərdi. İcra başçısının məni təhqir edib, qəbul etməməyinin tək səbəbi isə Ağdam məhkəməsinin hakimləri ilə olan dostluq münasibəti dayanır. Çünki rahat şəkildə dostları olan hakimlərin vasitəsi ilə ondan şikayət edən vətəndaşlara təzyiq etməklə, öz xeyrinə qərar çıxarda bilir. Hətta ölkə Prezidenti hər dəfə çıxışında xüsusəndə icra başçılarını nəzərdə tutaraq, daima xalqla işləmələrini, qəbul etmələrini, hörmətlə yanaşmalarını xüsusi vurğulayır.

Ağdamın icra başçısı Şəhid qardaşına SAVAŞ AÇIB

Təəssüf ki, icra başçıları prezidentin tapşırıqlarını qulaqardına vurur. Bir neçə gün bundan öncə özünü Sabirabad RİH-in inzibati binası önündə yandıraraq, intihar edən Elvin Cəfərovun hadisəsi də sübut etdi ki, məhz rayon icra başçısı vaxtında qazini qəbul etməmişdir.

Hakim Mahir Niftəliyev ilə bağlı bir məsələni də qeyd edim ki, hələ 2017-ci ildə Məhkəmə Hüquq Şurasının qərarı ilə qanunvericiliyin tələblərini pozduğuna və korrupsiyaya şərait yaradan hallara yol verdiyinə görə Gəncə şəhəri Nizami rayon məhkəməsinin hakimi Mahir Niftəliyevin yol verdiyi qanun pozuntusuna görə, tutduğu vəzifədən azad olunaraq, Ağdam rayon məhkəməsinə hakim təyin olunub.

Ağdamın icra başçısı Vaqif Həsənovun iclasda məni təhqir etməsinə isə şübhəm yoxdur.

Belə ki, icra başçısı Vaqif Həsənovun vətəndaşları təhqir etməsi ilk hal deyil. İcra başçısı Vaqif Həsənov qəbuluna gələn Ağdam rayon Mirəşelli kənd sakini, şəhid Baloğlan Novruz oğlu Quliyevin bacısı Sahibə adlı xanıma "sözün qurtardısa, bas bayıra" deyərək, qovmuşdur. Hətta bu yaxınlarda sosial şəbəkələrdə vaqonda yaşayan Ağdam rayon Qiyaslı kənd sakini, qazi Sadiq Əliyev də "Azad söz", "Kanal 13" və digər internet resuslarında çıxış edərək bildirmişdir ki, icra başçısı Vaqif Həsənovun qəbuluna getsə də başçı onu təhqir edərək, otağından qovmuşdur. Belə məlumatları sadalamaqla bitməz. Bildirim ki, özüm şəhid qardaşıyam, üç azyaşlı övlad atası olmaqla yanaşı övladlarımdan biri və həyat yoldaşım ağır xəstəlikdən əziyyət çəkir. Özümün də səhhəttim ağırdır çünki bir böyrəklə yaşayıram.

Ağdamın icra başçısı Vaqif Həsənovun vəzifə səlahiyyətlərindən istifadə edərək, rayon məhkəməsinin hakimi Mahir Niftəliyevin vasitəsi ilə mənə təzyiqlərinə etiraz əlaməti olaraq, gələn həftə Ağdam rayon İcra Hakimiyyətinin inzibati binasının qarşısında özümü yandırmaqla, intihar edəcəm!

Xüsusi olaraq qeyd edim ki, Ağdam rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov Bakı Hərbi məhkəməsinin sədri Həbib Həsənovun qardaşıdır. Və icra başçısı Vaqif Həsənov açıq - aşkar bildirir ki, məndən şikayət edənləri məhkəməyə verməklə susdururam. Hansı hakimin duxu çatar ki, mənim qardaşıma görə kimsə istədiyim qərarı çıxartmaya....

Xəyyam Salmanzadə, Şəhid qardaşı (050) 210 27 35
AZƏRBAYCANREALLIĞI.COM


bakuinforum.com Son Xəbərlər:
Rusiya Ukrayna Kəşfiyyat İdarəsinə iki dəfə hücum edibSuriyada PKK-nın 4 üzvü zərərsizləşdirildi"Moskva Bakı və İrəvanla demək olar ki, hər gün əlaqə saxlayır" - OverçukTürkiyə ordusu Suriyada 16 terrorçunu zərərsizləşdirdiTürkiyə ordusu Suriyada 16 terrorçunu zərərsizləşdirdiLaçın yolu təhlükəsizliyə görə bağlandı - BQXKNuman Kurtulmuş Azərbaycan xalqını təbrik edibRusiya işğal olunmuş Ukrayna ərazilərində yenidən seçkilər keçirəcəkAdnan Əhmədzadəni bir də belə görün - VİDEO/FOTOSaakaşvilinin Ukraynadakı evi satışa çıxarıldıAzərbaycanda vəzifəli şəxslər CƏRİMƏLƏNDİBağçalara sənəd qəbulu dayandırılırPutinin Qara dənizdə gizli bunkeri ORTAYA ÇIXDI - FOTONeft bahalaşdı50-ə yaxın özəl tibb müəssisəsində nöqsanlar aşkarlandı"Rusiya Ukrayna ilə saziş bağlamağa hazır idi" - LukaşenkoQazax Seminariyası Gürcüstan üçün kadr hazırlayacaqKılıçdaroğlu və Sinan Oğan sabah görüşəcəklərAfrika liderləri Moskvaya gedirlərAzərbaycan-Özbəkistan İnvestisiya Fondu yaradılırNaxçıvanın Həmkarlar İttifaqları Şurasına yeni sədr təyin olunduNaxçıvan “ASAN xidmət” mərkəzinin açılışı olduAzərbaycanla Britaniya arasında beynəlxalq avtomobil daşımaları haqqında saziş təsdiqləndiAzərbaycan Los-Ancelesə yeni baş konsul TƏYİN ETDİNaxçıvanın Statistika Komitəsinin sədri İŞDƏN ÇIXARILDIGürcüstanın Baş naziri Azərbaycanda işgüzar səfərdədirƏrdoğan Rəisi ilə müzakirə apardıSabiq müstəntiqə HÖKM OXUNDUBakı, Sumqayıt və Abşeron üzrə aprel ayının pensiyaları ödənildiPrezidentdən Tarif Şurası ilə bağlı FƏRMANAzərbaycanda notariusun bu xidməti pulsuz olacaqVüqar Qurbanov bu xanımı baş həkim TƏYİN ETDİMessinin evini qarət etmək istədilərFərmana əsasən, Şuranın iclasları onun üzvlərindən azı doqquz nəfər iştirak etdikdə baş tutmuş sayılacaq. Əvvəl bu tələb səkkiz üzv idi.Milli Məclisin iclası başladıZəlzələdə həlak olanların ailələrinə maddi yardım göstərilir - Mehriban Əliyevadan TAPŞIRIQAğ Ev Çinin “sülh planını” tənqid ETDİ"Azərkosmos"da NEXUS komandası ilə görüş keçirildiAzərbaycanda “Trendyol”a məhdudiyyət qoyula bilərAzərbaycan nefti yenidən bahalaşdıTürkiyədə məhbusları daşıyan avtobus qəzaya uğradı - 23 yaralıParlament bu sazişi təsdiqlədiANSPRESS yenidən açıldı"Ermənistan istənilən vaxt hər bir dövləti sata bilər" - Siyavuş NovruzovSahibə Qafarova deputatlara xəbərdarlıq etdiNaxçıvan Beynəlxalq Hava Limanında yoxlamalar aparılırDYP-dən hava şəraiti ilə bağlı MÜRACİƏTZəlzələdən sağ çıxan 2 ailə yanğında ÖLDÜ"Azeri Light" nefti bahalaşdıBu yollarda tıxac var - SİYAHI"Əziz dostum Mehriban Əliyevaya minnətdarlığımı bildirirəm” - Əminə ƏrdoğanZelenski G7 sammitinə dəvət olundu"Rusiya artıq yeni hücuma başlayıb" - ZelenskiƏrdoğan Pakistanın Baş naziri ilə GÖRÜŞDÜBMT Türkiyəyə humanitar yardım üçün 1 milyard dollar toplamağa çağırdıTürkiyədəki zəlzələdə 2 inşaatçı tikdiyi binanın altında qaldıƏrdoğan NATO Baş katibi ilə görüşdü"Müharibəyə elə hazırlaşırıq ki..." - LukaşenkoCüdoçumuz finala yüksəldiYevlaxda qətl törədən ana və oğlu həbs edildiCeyhun Bayramov və Çavuşoğlu zəlzələ ilə bağlı vəziyyəti müzakirə etdiXəstənin ölümünə səbəb olan cərrahın məhkəməsi başlayırBəy və gəlin toy gecəsi zəlzələdə həlak olduSabah Putin və Lukaşenko görüşəcəkŞagird yerdəyişməsinə başlanılırİlham Əliyev litvalı həmkarını təbrik etdiZəlzələdə həlak olan tələbələrin cənazələri Bakıya gətirildi"Qarabağ" bu gün "Gent"lə qarşılaşacaqDemet Akalından xaricə qaçdığı deyilən Gülşənə İRADZelenski İlham Əliyevə zəng ETDİXəzərdə zəlzələ olduRəssamlıq Akademiyasının yeni rektoru kimdir? - DOSYEVilayət Eyvazov onu DYP rəisi TƏYİN ETDİPrezident 95 yaşlı rektoru İŞDƏN ÇIXARDI - YENİ TƏYİNAT"Regional məsələlərdə ciddi islahatlar aparılır" - Siyavuş NovruzovDövlət Gömrük Komitəsinin yeni sədri kimdir? - DOSYEGələn ay Bakıda COVID-19-la bağlı sammit keçiriləcəkAzad olunmuş ərazilərə ayrılan pulları mənimsəyən alim və arvadına cinayət işi açıldıAzərbaycan nefti bahalaşdıTürkiyədə prezident seçkiləri təxirə salına bilər"Sputnik"in baş redaktoru həbs edildiVasif Talıbovun şirkəti ƏLİNDƏN ALINDIPrezident və birinci xanım Bakıda Uşaq-Gənclər İnkişaf MərkəzindəPrezident gələn ilin dövlət büdcəsini təsdiqlədiVilayət Eyvazov şəxsi heyəti təbrik etdiİşsizlikdən sığortanın 2023-cü il büdcəsi təsdiqləndiPrezident DSMF-nin gələn il üçün büdcəsini təsdiqlədi"Putinin səhhəti dövlət əhəmiyyətli məsələdir" - PeskovÖzbəkistanın XİN rəhbəri işdən çıxarıldıİlham Əliyev Mərkəzi Parkın ikinci hissəsinin açılışındaPrezident bu qanunu təsdiqlədiHesablama Palatasına yeni auditor təyin olunduZiya Məmmədovun “kəndin başındakı” restoranı…Prezidentlə xanımı “Şabran” İstirahət Kompleksinin açılışına qatıldıBu Komissiyanın yeni tərkibi müəyyənləşdi - SƏRƏNCAMSaakaşvili məhkəmə iclasında iştirakından imtina etdiƏli Əsədov 9 ay əvvəl verdiyi qərarda DƏYİŞİKLİK ETDİHesablama Palatasına yeni auditor təyin olunacaq - FOTOAkif Çovdarovun müsadirə olunmuş əmlakları GERİ QAYTARILDIDaha iki xəstəxana Kliniki Tibbi Mərkəzin tabeliyinə verildi