Akif Çovdarovun müsadirə olunmuş əmlakları GERİ QAYTARILDI

Akif Çovdarovun müsadirə olunmuş əmlakları GERİ QAYTARILDI
  • 29-12-2022, 14:00
  • 135 dəfə oxunub

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarovun cinayət işi ilə bağlı müsadirə olunmuş əmlaklar geri qaytarılıb.
apa-ya istinadən xəbər verir ki, bu barədə Bakı Apellyasiya Məhkəməsi qərar qəbul edib.
Hakim Habil Məmmədovun sədrlik etdiyi hakimlər heyəti belə qənaətə gəlib ki, Bakı Hərbi Məhkəməsinin hökmü ilə müsadirə olunmuş əmlaklar sahiblərinə geri qaytarılmalıdır.
Bazar dəyəri 30 milyon manata yaxın qiymətləndirilmiş sözügedən əmlaklar Akif Çovdarovun ailə üzvlərinə məxsusdur.
Həmin əmlakların siyahısını təqdim edirik:
“Bakı şəhəri Nizami rayonu Naxçıvanski küçəsi 50 ünvanında yerləşən ticarət və xidmət sahəsindən (meyvə-tərəvəz bazarı) ibarət əmlak kompleksi (dəyəri 8.100.000 manat), Binəqədi rayonu Biləcəri qəsəbəsində yerləşən 560 kvadrat metr torpaq sahəsi (dəyəri 95.000 manat), Binəqədi rayonu Biləcəri qəsəbəsində yerləşən 0,06 hektar torpaq sahəsi (dəyəri 300.000 manat), Yasamal rayonu M. Xiyabani küçəsi 5-də yerləşən 250 kvadrat metr qeyri-yaşayış sahəsi (dəyəri 231.500 manat), Xətai rayonu M. Hadi küçəsində yerləşən binanın 147,4 kvadrat metr sahəyə malik 179 saylı mənzili (dəyəri 125.000 manat), Nəsimi rayonu, Bülbül prospekti ev 65, mənzil 38 (dəyəri 483.000 manat), Abşeron rayonu, Novxanı kəndində yerləşən 0,1073 ha torpaq sahəsi (dəyəri 86.000 manat), Abşeron rayonu, Novxanı kəndində yerləşən 0,0886 ha torpaq sahəsi(dəyəri 71.000 manat), Abşeron rayonu Novxanı kəndi Novxanı bağlar massivində yerləşən 1276 a nömrəli bağ evindəki 0,18 ha torpaq sahəsi və 222,31 kvadrat metr fərdi yaşayış evi (dəyəri 808.000 manat), Abşeron rayonu Novxanı kəndindəki 0,11 ha torpaq sahəsi və onun üzərindəki 241,9 kvadrat metr bağ evi(dəyəri 700.000 manat), Abşeron rayonu, Saray kəndində yerləşən 0,15 ha torpaq sahəsi (dəyəri 60.000 manat), Abşeron rayonu Saray kəndində yerləşən 0,6754 ha torpaq sahəsi (dəyəri 203.000 manat), Abşeron rayonu Saray kəndində yerləşən 0,17 ha torpaq sahəsi (dəyəri 59.500 manat), Xızı rayonu, Qızılqazma kəndində yerləşən 2 hektar torpaq sahəsi (dəyəri 400.000 manat), Qəbələ rayonu Nohurqışlaq kəndində yerləşən 2 ədəd 0,075 hektar torpaq sahələri (hər birinin dəyəri 15.000 manat), Şamaxı rayonu Nağaraxana kəndində yerləşən 0,13739 hektar torpaq sahəsi və onun üzərində yerləşən 250,1 kv.m, 264,6 kv.m, 250,1 kv.m. sahələrində 3 ədəd əsas tikili, 69,4 kv.m, 117,3 kv.m. sahələrində 2 ədəd köməkçi tikili (dəyəri 750.000 manat), Abşeron rayonu, Masazır kəndində 2,675 ha, 3,0 ha, 0,0275 ha, 0,3238 ha, 0,0828 ha, 3,12 ha, 0,0821 ha torpaq sahələrinin üzərində yerləşən tikililərin (dəyəri 4.310.000 manat), həmin ünvanda 0,2 hektar torpaq sahəsinin üzərində olan tikili (dəyəri 2.470.000 manat), Kürdəmir rayonu, Yeni Şıxımlı kəndində yerləşən 2,5 hektar torpaq sahəsi(dəyəri 1.800 manat), Kürdəmir rayonu, Qurdbayram kəndində yerləşən 100 hektar torpaq sahəsi (dəyəri 60.000 manat), Kürdəmir rayonu, Mollakənd kəndində yerləşən 69 ha torpaq sahəsində olan göllər, 106 kv.m, 24,8 kv.m, 318,3 kv.m, 28,8 kv.m, 16,7 kv.m, 96 kv.m, 28,8 kv.m. ümumi sahədən ibarət tikililər, 40,5 kv.m. tikintialtı sahəli talvar və 218,6 kv.m. tikintialtı sahəli hovuz (dəyəri 646.000 manat), Kürdəmir şəhəri «Ərşəli yeri» adlanan ərazidə yerləşən 100 hektar torpaq sahəsinin üzərində yerləşən 93,1 kv.metr tikili, 24.000 nar kolu (dəyəri 208.600 manat), Bakı şəhəri Nəsimi rayonu Seyidzadə 16 b küçəsi ilə Cavadxan küçəsinin kəsişməsində yerləşən 23 kvadrat metr, 24,6 kvadrat metr, 18,60 kvadrat metr, 13,8 kvadrat metr, 16,0 kvadrat metrdən ibarət qarajlar (dəyəri 96.000 manat), Binəqədi rayonu 7-ci mikrorayon, Xarici dairəvi küçəsi 10 saylı yaşayış binasının yanında yerləşən 4941 kvadrat metr sahəyə malik 6 mərtəbəli, zirzəmili və mansardlı binanın (dəyəri 3.178.000 manat), Bakı şəhəri Nəsimi rayonu Cavadxan küçəsi 62 nömrəli binanın yaxınlığında yerləşən zirzəmili, mansardlı 7 mərtəbəli qeyri-yaşayış binası(dəyəri 4.500.000 manat), Bakı şəhəri Adil Məmmədov küçəsi 143, mənzil 142. (dəyəri 145.000 manat)”.
Bakı Apellyasiya Möhkəməsinin qərarı ilə Akif Çovdarovla birgə ittiham olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin keçmiş əməkdaşı polkovnik Səlim Məmmədovun da əmlakları xüsusi müsadirədən azad olunub.
Xatırladaq ki, Akif Çovdarov və Səlim Məmmədov 2015-ci ildə həbs edilib.
Onlara qarşı Cinayət Məcəlləsinin 145.3 (Qanunsuz azadlıqdan məhrum etmə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), 179.3.1, 179.3.2 (Mənimsəmə və ya israf etmə mütəşəkkil dəstə tərəfindən külli miqdarda törədildikdə), 181.3.1, 181.3.2 (Quldurluq - mütəşəkkil dəstə tərəfindən külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə), 182.3.1, 182.3.2 (Hədə-qorxu ilə tələb etmə - külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə ), 228.4 (Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə), 302.1, 302.2 (Gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma), 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4 (Rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən hədə-qorxu tətbiq olunmaqla külli miqdarda və təkrar törədildikdə), 313 (Vəzifə saxtakarlığı), 341.2.1, 341.2.2 və 341.2.3-cü (Bir qrup şəxs tərəfindən silah tətbiq olunmaqla hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham irəli sürülüb.
Bakı Hərbi Məhkəməsinin hökmü ilə 12 il, Səlim Məmmədov isə 11 il müddətinə azadlıqdan məhrum edilib.
Prezident İlham Əliyevin 2020-ci ildə imzaladığı əfv sərəncamı ilə Akif Çovdarov, 2022-ci ilə imzaladığı əfv sərəncamı ilə Səlim Məmmədov azadlığa buraxılıb.
2021-ci ilin dekabr ayında Ali Məhkəmə Akif Çovdarov və Səlim Məmmədovun müsadirə olunmuş əmlakları ilə bağlı qərar elan edib. Qərara əsasən iş yenidən araşdırılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılıb.


bakuinforum.com Son Xəbərlər:
Rusiya Ukrayna Kəşfiyyat İdarəsinə iki dəfə hücum edibSuriyada PKK-nın 4 üzvü zərərsizləşdirildi"Moskva Bakı və İrəvanla demək olar ki, hər gün əlaqə saxlayır" - OverçukTürkiyə ordusu Suriyada 16 terrorçunu zərərsizləşdirdiTürkiyə ordusu Suriyada 16 terrorçunu zərərsizləşdirdiLaçın yolu təhlükəsizliyə görə bağlandı - BQXKNuman Kurtulmuş Azərbaycan xalqını təbrik edibRusiya işğal olunmuş Ukrayna ərazilərində yenidən seçkilər keçirəcəkAdnan Əhmədzadəni bir də belə görün - VİDEO/FOTOSaakaşvilinin Ukraynadakı evi satışa çıxarıldıAzərbaycanda vəzifəli şəxslər CƏRİMƏLƏNDİBağçalara sənəd qəbulu dayandırılırPutinin Qara dənizdə gizli bunkeri ORTAYA ÇIXDI - FOTONeft bahalaşdı50-ə yaxın özəl tibb müəssisəsində nöqsanlar aşkarlandı"Rusiya Ukrayna ilə saziş bağlamağa hazır idi" - LukaşenkoQazax Seminariyası Gürcüstan üçün kadr hazırlayacaqKılıçdaroğlu və Sinan Oğan sabah görüşəcəklərAfrika liderləri Moskvaya gedirlərAzərbaycan-Özbəkistan İnvestisiya Fondu yaradılırNaxçıvanın Həmkarlar İttifaqları Şurasına yeni sədr təyin olunduNaxçıvan “ASAN xidmət” mərkəzinin açılışı olduAzərbaycanla Britaniya arasında beynəlxalq avtomobil daşımaları haqqında saziş təsdiqləndiAzərbaycan Los-Ancelesə yeni baş konsul TƏYİN ETDİNaxçıvanın Statistika Komitəsinin sədri İŞDƏN ÇIXARILDIGürcüstanın Baş naziri Azərbaycanda işgüzar səfərdədirƏrdoğan Rəisi ilə müzakirə apardıSabiq müstəntiqə HÖKM OXUNDUBakı, Sumqayıt və Abşeron üzrə aprel ayının pensiyaları ödənildiPrezidentdən Tarif Şurası ilə bağlı FƏRMANAzərbaycanda notariusun bu xidməti pulsuz olacaqVüqar Qurbanov bu xanımı baş həkim TƏYİN ETDİMessinin evini qarət etmək istədilərFərmana əsasən, Şuranın iclasları onun üzvlərindən azı doqquz nəfər iştirak etdikdə baş tutmuş sayılacaq. Əvvəl bu tələb səkkiz üzv idi.Milli Məclisin iclası başladıZəlzələdə həlak olanların ailələrinə maddi yardım göstərilir - Mehriban Əliyevadan TAPŞIRIQAğ Ev Çinin “sülh planını” tənqid ETDİ"Azərkosmos"da NEXUS komandası ilə görüş keçirildiAzərbaycanda “Trendyol”a məhdudiyyət qoyula bilərAzərbaycan nefti yenidən bahalaşdıTürkiyədə məhbusları daşıyan avtobus qəzaya uğradı - 23 yaralıParlament bu sazişi təsdiqlədiANSPRESS yenidən açıldı"Ermənistan istənilən vaxt hər bir dövləti sata bilər" - Siyavuş NovruzovSahibə Qafarova deputatlara xəbərdarlıq etdiNaxçıvan Beynəlxalq Hava Limanında yoxlamalar aparılırDYP-dən hava şəraiti ilə bağlı MÜRACİƏTZəlzələdən sağ çıxan 2 ailə yanğında ÖLDÜ"Azeri Light" nefti bahalaşdıBu yollarda tıxac var - SİYAHI"Əziz dostum Mehriban Əliyevaya minnətdarlığımı bildirirəm” - Əminə ƏrdoğanZelenski G7 sammitinə dəvət olundu"Rusiya artıq yeni hücuma başlayıb" - ZelenskiƏrdoğan Pakistanın Baş naziri ilə GÖRÜŞDÜBMT Türkiyəyə humanitar yardım üçün 1 milyard dollar toplamağa çağırdıTürkiyədəki zəlzələdə 2 inşaatçı tikdiyi binanın altında qaldıƏrdoğan NATO Baş katibi ilə görüşdü"Müharibəyə elə hazırlaşırıq ki..." - LukaşenkoCüdoçumuz finala yüksəldiYevlaxda qətl törədən ana və oğlu həbs edildiCeyhun Bayramov və Çavuşoğlu zəlzələ ilə bağlı vəziyyəti müzakirə etdiXəstənin ölümünə səbəb olan cərrahın məhkəməsi başlayırBəy və gəlin toy gecəsi zəlzələdə həlak olduSabah Putin və Lukaşenko görüşəcəkŞagird yerdəyişməsinə başlanılırİlham Əliyev litvalı həmkarını təbrik etdiZəlzələdə həlak olan tələbələrin cənazələri Bakıya gətirildi"Qarabağ" bu gün "Gent"lə qarşılaşacaqDemet Akalından xaricə qaçdığı deyilən Gülşənə İRADZelenski İlham Əliyevə zəng ETDİXəzərdə zəlzələ olduRəssamlıq Akademiyasının yeni rektoru kimdir? - DOSYEVilayət Eyvazov onu DYP rəisi TƏYİN ETDİPrezident 95 yaşlı rektoru İŞDƏN ÇIXARDI - YENİ TƏYİNAT"Regional məsələlərdə ciddi islahatlar aparılır" - Siyavuş NovruzovDövlət Gömrük Komitəsinin yeni sədri kimdir? - DOSYEGələn ay Bakıda COVID-19-la bağlı sammit keçiriləcəkAzad olunmuş ərazilərə ayrılan pulları mənimsəyən alim və arvadına cinayət işi açıldıAzərbaycan nefti bahalaşdıTürkiyədə prezident seçkiləri təxirə salına bilər"Sputnik"in baş redaktoru həbs edildiVasif Talıbovun şirkəti ƏLİNDƏN ALINDIPrezident və birinci xanım Bakıda Uşaq-Gənclər İnkişaf MərkəzindəPrezident gələn ilin dövlət büdcəsini təsdiqlədiVilayət Eyvazov şəxsi heyəti təbrik etdiİşsizlikdən sığortanın 2023-cü il büdcəsi təsdiqləndiPrezident DSMF-nin gələn il üçün büdcəsini təsdiqlədi"Putinin səhhəti dövlət əhəmiyyətli məsələdir" - PeskovÖzbəkistanın XİN rəhbəri işdən çıxarıldıİlham Əliyev Mərkəzi Parkın ikinci hissəsinin açılışındaPrezident bu qanunu təsdiqlədiHesablama Palatasına yeni auditor təyin olunduZiya Məmmədovun “kəndin başındakı” restoranı…Prezidentlə xanımı “Şabran” İstirahət Kompleksinin açılışına qatıldıBu Komissiyanın yeni tərkibi müəyyənləşdi - SƏRƏNCAMSaakaşvili məhkəmə iclasında iştirakından imtina etdiƏli Əsədov 9 ay əvvəl verdiyi qərarda DƏYİŞİKLİK ETDİHesablama Palatasına yeni auditor təyin olunacaq - FOTOAkif Çovdarovun müsadirə olunmuş əmlakları GERİ QAYTARILDIDaha iki xəstəxana Kliniki Tibbi Mərkəzin tabeliyinə verildi